...

Cəzaçəkmə müəssisəsinə yemək qazanında 6 mobil telefonun keçirilməsi cəhdinin qarşısı alınıb

Hadisə Materials 10 İyun 2014 14:17 (UTC +04:00)
2 saylı cəzaçəkmə müəssisəsinə 6 ədəd mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.
Cəzaçəkmə müəssisəsinə yemək qazanında 6 mobil telefonun keçirilməsi cəhdinin qarşısı alınıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İzzət/

2 saylı cəzaçəkmə müəssisəsinə 6 ədəd mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyinin Penitensiar xidmətdən Trend-ə verilən məlumata görə, PX əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3; 331.2; 331.3; 125; 150.2.5; 338.1; 341.3 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Anar Rəhim oğlu Məmmədovun yanına qısamüddətli görüşə gəlmiş dostu Məhəmməd İsmayıl oğlu İsmayılovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Baxış zamanı yeməklə dolu qazanın dibində xüsusi üsulla düzəldilmiş gizli saxlanc yerindən 2 (iki) ədəd "Nokia-1280" markalı, 1 (bir) ədəd "Nokia X6" markalı, 1 (bir) ədəd "TMT-T-M3" markalı, 1 (bir) ədəd "Nokia C2-01" markalı və 1 (bir) ədəd "Nokia-E6" markalı mobil telefon aparatları aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti