...

Bakıda mənzildə 34 yaşlı qadının meyiti tapılıb

Hadisə Materials 11 İyul 2014 20:23 (UTC +04:00)
Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1980-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.
Bakıda mənzildə 34 yaşlı qadının meyiti tapılıb

Azərbaycan, Bakı, 11 iyul /Trend/

Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1980-cı il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar. Mənzilə baxış keçirilərkən Natavan Telman qızı Əliyeva hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində N.Əliyevanın vəfat etdiyi müəyyən olunub. Qeyd olunan şəxsin cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti