...

Azərbaycanda 3 nəfər suda boğulub

Hadisə Materials 23 İyul 2014 13:23 (UTC +04:00)
Dünən Azərbaycanda 3 nəfər suda boğulub.
Azərbaycanda 3 nəfər suda boğulub

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlkin İzzət/

Dünən Azərbaycanda 3 nəfər suda boğulub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 22-də İmişli rayon sakini Tamerlan Şirinov rayon ərazisində Qarabağ kanalında, Şirvan şəhər sakini Əlvan Şirinov Hacıqabul rayonu Ağacanlı kəndinin ərazisində Kür çayında, Astara rayonu Təngərüd kənd sakini Faiq Fətullayev dənizdə çimərkən suda boğulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti