...

Kürdə batan 21 yaşlı gəncin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 23 İyul 2014 18:26 (UTC +04:00)
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndi ərazisindən keçən hissəsində (“Salyan” sularda xilasetmə məntəqəsindən təxminən 4 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimov batıb.
Kürdə batan 21 yaşlı gəncin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 16:26-da yayılıb)

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Kür çayında batan 21 yaşlı gəncin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Kür çayının Salyan rayonu, Kür Qaraqaşlı kəndindən keçən hissəsində ("Salyan" sularda xilasetmə məntəqəsindən təxminən 4 km məsafədə, nəzarət olunmayan ərazidə) 1993-cü il təvəllüdlü Ağasəlim Taleh oğlu Səlimovun batmış cəsədi nazirliyin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən 40 metr aralıda tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti