...

Əlcəzair təyyarəsi Niger paytaxtı yaxınlığında qəzaya uğrayıb, 119 sərnişinin öldüyü ehtimal edilir (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 24 İyul 2014 17:10 (UTC +04:00)
İspaniyanın "Swiftair" şirkəti ilə birgə Burkina-Fasodan Əlcəzairə reys həyata keçirən "Air Algerie" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 110 deyil, 119 sərnişin olub.
Əlcəzair təyyarəsi Niger paytaxtı yaxınlığında qəzaya uğrayıb, 119 sərnişinin öldüyü ehtimal edilir (ƏLAVƏ OLUNUB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:41-də yayılıb)

Azərbaycan, Bakı, 24 iyul /Trend/

İspaniyanın "Swiftair" şirkəti ilə birgə Burkina-Fasodan Əlcəzairə reys həyata keçirən "Air Algerie" aviaşirkətinə məxsus təyyarənin göyərtəsində 110 deyil, 119 sərnişin olub. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

Məlumata görə, təyyarədə 7 ekipaj üzvü olub. Ekipajın 6 üzvü və pilotlar ispaniyalı, ən azı 4 sərnişin isə əlcəzairli olub.

"Reuters" agentliyinin məlumatına görə isə təyyarədə Fransanın 50 vətəndaşı olub.

Fransanın nəqliyyat üzrə dövlət katibi Federik Kyuvilye bildirib ki, hazırda reys barədə məlumat toplanılır: "Hələlik rəqəmlar barədə məlumat verə bilmərəm, lakin təyyarənin xeyli sayda fransalı apardığını ehtimal edirik".

Əlcəzair təyyarəsi Burkina-Fasonun paytaxtı Uaqaduqudan Əlcəzairə istiqamət almış və radarlardan itmişdi.

İspaniyanın "Swiftair" şirkəti ilə birgə reys həyata keçirən "Air Algerie" aviaşirkətinə məxsus təyyarə Nigerin paytaxtı Niamey şəhəri yaxınlığında qəzaya uğrayıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Əlcəzairin "ən-Nəhar" telekanalına istinadən xəbər verir.

Təyyarənin göyərtəsində olan sərnişinlərin və ekipaj üzvlərinin hamısının öldüyü ehtimal edilir.

Bir az əvvəl xəbər verilmişdi ki, avialaynerlə əlaqə Malinin hava məkanında kəsilib.

Bundan öncə yerli KİV-lər Əlcəzair Hava Yolarına məxsus radarlardan itən A320 təyyarəsinin göyərtəsində ən azı 112 sərnişinin olduğunu bildirirdi.

"Air Algerie" aviaşirkəti bəyan etmişdi ki, Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərindən havaya qalxan təyyarə ilə əlaqəni itirib.H

Hadisənin dəqiq səbəbi hələ məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti