...

Qəzaya uğramış Əlcəzair təyyarəsinin qalıqları tapılıb, hava gəmisində 16 ölkənin vətəndaşları olub

Hadisə Materials 24 İyul 2014 20:54 (UTC +04:00)
Fransa Müdafiə Nazirliyinin nümayəndələri Malinin Qao şəhərindən 70 kilometr məsafədə qəzaya uğramış Əlcəzairə məxsus təyyarənin qalıqlarının tapılması haqqında məlumatı təsdiqləyib.
Qəzaya uğramış Əlcəzair təyyarəsinin qalıqları tapılıb, hava gəmisində 16 ölkənin vətəndaşları olub

Azərbaycan, Bakı, 24 iyul /Trend/

Fransa Müdafiə Nazirliyinin nümayəndələri Malinin Qao şəhərindən 70 kilometr məsafədə qəzaya uğramış Əlcəzairə məxsus təyyarənin qalıqlarının tapılması haqqında məlumatı təsdiqləyib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, təyyarənin qalıqlarını Fransanın 2 qırıcı təyyarəsi aşkarlayıb.

İspaniyanın "Swiftair" şirkəti ilə birgə reys həyata keçirən "Air Algerie" aviaşirkətinin təyyarəsi Nigerin paytaxtı Niamey şəhərinin ərazisində qəzaya uğrayıb. Göyərtədəki 110 sərnişinin və 6 ekipaj üzvünün hamısının öldüyü təxmin edilir.

"Air Algerie" aviaşirkətinin rəsmi məlumatında bildirilir ki, təyyarənin göyərtəsində 116 nəfər olub. Onlardan 50-si Fransa, 24-ü Burkina-Faso, 8-i Livan, 6-sı Əlcəzair, 6-sı İspaniya, 5-i Kanada, 4-ü Almaniya, 2-si Lüksemburq və hərəsindən biri olmaqla Mali, Belçika, Nigeriya, Kamerun, Misir, Ukrayna, İsveçrə və Rumıniya vətəndaşı olub.

3 sərnişinin vətəndaşlığı hələ dəqiqləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti