...

Nərdivandan yıxılan Şəki sakini xəstəxanada ölüb

Hadisə Materials 25 İyul 2014 16:30 (UTC +04:00)
Nərdivandan yıxılması nəticəsində xəsarət almış Şəki rayon sakini xəstəxanada ölüb.
Nərdivandan yıxılan Şəki sakini xəstəxanada ölüb

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlkin İzzət/

Nərdivandan yıxılması nəticəsində xəsarət almış Şəki rayon sakini xəstəxanada ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 20-də Şəki rayonunun Bideyz kənd sakini Hidayət İsgəndərov iş görərkən nərdivandan yıxılması nəticəsində qapalı kəllə-beyin xəsarəti alıb.

Xəstəxanaya yerləşdirilmiş H.İsgəndərov iyulun 24-də orada ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti