...

Məhkuma göndərilən poçt bağlamasından mobil telefonlar çıxdı (FOTO)

Hadisə Materials 26 İyul 2014 12:53 (UTC +04:00)
2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.
Məhkuma göndərilən poçt bağlamasından mobil telefonlar çıxdı (FOTO)

Azərbaycan, Bakı, 26 iyul /Trend/

2 saylı cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nahid Malik oğlu Həmidova vətəndaş Emin Rəsul oğlu Musayev tərəfindən poçt vasitəsi ilə göndərilmiş bağlamaya baxış keçirilib.

Baxış zamanı orada olan 2 ədəd səsgücləndiricinin içərisində gizlədilmiş bir ədəd "Samsung" və bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti