...

Abşeronda ev yanıb, 1 qadın ölüb

Hadisə Materials 26 İyul 2014 16:27 (UTC +04:00)
Abşeronda evdə yanğın olub.
Abşeronda ev yanıb, 1 qadın ölüb

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Abşeronda evdə yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonunda vətəndaşa məxsus ümumi sahəsi 105 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının, mətbəxinin yanar konstruksiyalar 18 kv.m sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər qadının meyiti yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən aşkar edilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti