...

Zaqatalada yük avtomobili piyadanı vurub

Hadisə Materials 26 İyul 2014 17:34 (UTC +04:00)
Bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.
Zaqatalada yük avtomobili piyadanı vurub

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Bu gün Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun Zaqatala rayonu ərazisindən keçən hissəsində yol qəzası baş verib.

Trend Kanal S-ə istinadən məlumat verir ki, hadisə zamanı hələlik şəxsiyyəti bilinməyən sürücü idarə etdiyi "90-JM-877" dövlət nömrə nişanlı, "Mersedes" markalı yük avtomobili ilə piyadanı vurub. Nəticədə 1965-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Hacıyev Oktay Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlər alıb.

Xəsarət alan şəxs kəllə-beyin travması ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qəzanın hələlik hansı səbəblərdən baş verdiyi bilinmir. Faktla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin istintaq bölməsi tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti