...

Şamaxıda baş verən yanğın daha bir ailəni evsiz qoydu

Hadisə Materials 28 İyul 2014 03:46 (UTC +04:00)
Şamaxıda baş verən yanğın daha bir ailəni evsiz qoydu.
Şamaxıda baş verən yanğın daha bir ailəni evsiz qoydu

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Şamaxıda baş verən yanğın daha bir ailəni evsiz qoydu.

Trend Kanal S-ə istinadən məlumat verir ki, Şamaxıda 4 otaqlı ev yanaraq külə dönüb. Hadisə ötən gün axşam saatlarında Kiçik Xınıslı yaşayış massivində qeydə alınıb. Şamaxı sakini Rəşad Əliyevə məxsus 4 otaqlı ev anidən yanmağa başlayıb.Yanğın zamanı ailə evdə olub.

Hadisəyə səbəb külək nəticəsində yaxınlıqdan keçən elektrik naqillərində baş verən qısaqapanma olub. Evin tavan hissəsindən başlayan yanğının əhatə dairəsi böyüməyə başlayıb.

Ev sahibinin iddialarına görə, yanğınsöndürənlərin hadisəyə gec müdaxiləsi səsəbindən yanğının qarşısını almaq mümkün olmayıb.Yanğın zamanı evdən heç bir əşya çıxarmaq mümkün olmayıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti