...

Bakıda mağazalardan külli miqdarda pul və müxtəlif əşyalar oğurlayan keçmiş məhkum yaxalandı

Hadisə Materials 29 İyul 2014 12:23 (UTC +04:00)
Bakıda mənzil və mağazaları qarət edərək külli miqdarda pul və müxtəlif əşyalar oğurlayan keçmiş məhkum yaxalanıb.
Bakıda mağazalardan külli miqdarda pul və müxtəlif əşyalar oğurlayan keçmiş məhkum yaxalandı

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Bakıda mənzil və mağazaları qarət edərək külli miqdarda pul və müxtəlif əşyalar oğurlayan keçmiş məhkum yaxalanıb.

Bakı Şəhər Baş Polis İdarəsdinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, DİN KTİ, BPİ TŞX və Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş 1972-ci il təvəllüdlü Əfqan Xudiyevin üzərindən 1 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 30-da Vidadi küçəsində Namiq Məmmədovun mənzilindən pul və qızıl-zinət əşyaları, mayın 14-nə keçən gecə Elman Cəfərova məxsus, H.Aslanov küçəsində yerləşən ofisdən iki ədəd televizor və noutbuk, mayın 4-də Nəsihət Əliyevə məxsus, R.Behbudov küçəsində yerləşən mağazadan 1000 manat, iyunun 14-nə keçən gecə Nadir Məmmədova məxsus, Nizami küçəsində yerləşən mağazadan eynəklər, disklər, saatlar və mobil telefonlar, iyulun 8-nə keçən gecə Ruslan Kərimova məxsus, Nizami küçəsində yerləşən mağazadan 4470 manat və kişi geyimləri, iyulun 19-na keçən gecə Səbinə Sultanovaya məxsus, H.Aslanov küçəsində yerləşən mağazadan 8325 manat dəyərində qadın geyimləri, iyulun 24-nə keçən gecə isə M.Qardaşları küçəsində yerləşən, Salyan rayon sakini Elşən Eminova məxsus gözəllik salonundan 3800 manat və 1454 ABŞ dolları oğurlayıb.

İstintaq zamanı Ə.Xudiyevin Səbail rayonu ərazisindən də oğurluq etməsi müəyyən edilib. Belə ki, o, iyulun 6-na keçən gecə Z.Əliyeva küçəsində yerləşən, Svetlana Cəfərovaya məxsus gözəllik salonundan 1025 manat və ətriyyat, iyulun 12-nə keçən gecə Z.Əliyeva küçəsində yerləşən gözəllik salonundan mis vaza, ətir, bijuteriya və qadın saatı oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti