...

Saray qəsəbəsində əl qumbarası tapılıb

Hadisə Materials 29 İyul 2014 18:01 (UTC +04:00)
Saray qəsəbəsində döyüş sursatı tapılıb.
Saray qəsəbəsində əl qumbarası tapılıb

Azərbaycan, Bakı, 29 iyul /Trend/

Saray qəsəbəsində döyüş sursatı tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Abşeron rayonu, Saray qəsəbəsində döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan F-1 markalı əl qumbarasıdır. Qumbara FHN-in mütəxəssisləri tərəfindən götürülərək zərərsizləşdirilməsi üçün nəzərdə tutulmuş xüsusi meydançaya aparılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti