...

DİN Bakıda atanın ögey oğlunu qətlə yetirməsi ilə bağlı məlumat yayıb

Hadisə Materials 30 İyul 2014 13:50 (UTC +04:00)
Ailə-məişət münaqişəsi zəminində ögey oğluna bıçaqla xəsarət yetirib qaçmış şəxs tutulub.
DİN Bakıda atanın ögey oğlunu qətlə yetirməsi ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlkin İzzət/

Ailə-məişət münaqişəsi zəminində ögey oğluna bıçaqla xəsarət yetirib qaçmış şəxs tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 29-da Xəzər rayonu, Buzovna qəsəbəsində Ağaməmməd Hüseynov evində ailə-məişət münaqişəsi zəminində ögey oğlu Samir Həsənova bıçaqla xəsarəti yetirərək hadisə yerini tərk edib.

Xəstəxanaya yerləşdirilmiş S.Həsənov orada ölüb.

Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağaməmməd Hüseynov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti