...

Sumqayıtda tank əleyhinə istifadəyə yararlı qumbaraatan mərmisi tapılıb

Hadisə Materials 30 İyul 2014 18:14 (UTC +04:00)
Sumqayıt şəhərində döyüş sursatı tutulub.
Sumqayıtda tank əleyhinə istifadəyə yararlı qumbaraatan mərmisi tapılıb

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhərində döyüş sursatı tutulub.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 1 ədəd RPQ-17 tank əleyhinə qumbaraatan mərmisidir.

Aşkar edilmiş hərbi sursatı müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilərək aidiyyəti üzrə təhvil verilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti