...

Azərbaycanın Ukraynadakı səfirliyi Luqanskda azərbaycanlının öldürülməsi barədə məlumatı araşdırır

Hadisə Materials 31 İyul 2014 13:34 (UTC +04:00)
Azərbaycanın Ukraynadakı səfirliyi daha əvvəl bu ölkənin bəzi KİV-lərinin Luqanskda azərbaycanlının öldürülməsi haqqında yaydığı məlumatı araşdırır.
Azərbaycanın Ukraynadakı səfirliyi Luqanskda azərbaycanlının öldürülməsi barədə məlumatı araşdırır

Azərbaycan, Bakı, 31 iyul /Trend, müxbir Səba Ağayeva/

Azərbaycanın Ukraynadakı səfirliyi daha əvvəl bu ölkənin bəzi KİV-lərinin Luqanskda azərbaycanlının öldürülməsi haqqında yaydığı məlumatı araşdırır. Bunu Trend-ə Azərbaycanın Ukraynadakı səfirliyinin I katibi Asim Osmanov deyib.

Ukrayna KİV-ləri daha əvvəl məlumat vermişdi ki, Luqanskda Azərbaycan diasporunun rəhbərlərindən biri, Ukraynanın Luqansk vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədr müavini Telman Cəfərov öldürülüb. Bundan başqa, daha 3 azərbaycanlının güllə yarası aldığı bildirilirdi.

KİV-in məlumatına əsasən, insident dünən axşam saatlarında Luqansk vilayətinin Kamenka kəndinin ətrafında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti