...

Qətlə yetirilmiş bakılı qadının meyiti evində tapılıb

Hadisə Materials 1 Avqust 2014 15:39 (UTC +04:00)
Bakıda qətlə yetirilmiş Xətai rayon sakininin meyiti evində tapılıb.
Qətlə yetirilmiş bakılı qadının meyiti evində tapılıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda qətlə yetirilmiş Xətai rayon sakininin meyiti evində tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 31-də Xətai rayonu, Gəncə prospektində Gülnarə Zamanovanın bıçaqla qətlə yetirilmiş meyiti evində tapılıb.

Faklta bağlı cinayət işi başlanıb, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti