...

Rusiyadan Azərbaycana külli miqdarda aksiz markası gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 1 Avqust 2014 21:03 (UTC +04:00)
Rusiyadan Azərbaycana külli miqdarda aksiz markası gətirilməsinin qarşısı alınıb.
Rusiyadan Azərbaycana külli miqdarda aksiz markası gətirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Rusiyadan Azərbaycana külli miqdarda aksiz markası gətirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin "Sa­mur" gömrük postunda Azərbaycan Respublikası istiqamətindən daxil olan Azərbaycan vətəndaşı Tural İsma­yılovun idarə etdiyi "Volkswagen Crafter" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı maşının kabinəsində 3, yük yerində isə 2 ədəd idman çantasında 105 ədəd rulonda, ümumi sayı 525 min ədəd olan Rusiya Federasiyasının aksiz markaları aşkar edilib.

Xəbər lenti

Xəbər lenti