...

İstintaq təcridxanasına "konfet-narkotik" keçirmək cəhdi baş tutmadı (FOTO)

Hadisə Materials 2 Avqust 2014 12:52 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.
İstintaq təcridxanasına "konfet-narkotik" keçirmək cəhdi baş tutmadı (FOTO)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlkin İzzət/

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirmək cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Cəfər Əli oğlu Mehdiyevə vətəndaş Ramil Rafiq oğlu Ağayev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı konfetlərin içində xüsusi üsulla gizlədilmiş 2 ədəd sellofan bükülüdə xalis çəkisi 2,19 qram olan narkotik vasitə - həşiş qatranı və 1 ədəd sellofan bükülüdə xalis çəkisi 0,754 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti