...

Sumqayıtda evdə qumbara partlayıb, ata və oğul xəsarət alıblar

Hadisə Materials 2 Avqust 2014 12:58 (UTC +04:00)
Sumqayıt şəhərində yaşayan şəxsin evində qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib.
Sumqayıtda evdə qumbara partlayıb, ata və oğul xəsarət alıblar

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhərində yaşayan şəxsin evində qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 1-də saat 02 radələrində Sumqayıt şəhəri, 51-ci məhəllədə yaşayan Əmiraslan Haşumov evində qumbara ilə ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə dağıntı olmayıb, Ə.Haşımov və atası Mirdamət xəstəxanaya yerləşdiriliblər.

Evə baxış zamanı 7 ədəd avtomat patronu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti