...

Binəqədidə döyüş sursatı aşkarlanıb

Hadisə Materials 14 Avqust 2014 08:25 (UTC +04:00)
Binəqədidə döyüş sursatı aşkarlanıb.
Binəqədidə döyüş sursatı aşkarlanıb

Azərbaycan, Bakı, 14 avqust /Trend/

Binəqədidə döyüş sursatı aşkarlanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatı aşkarlanıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, 1 ədəd top mərmisinin gövdəsidir. Mərminin gövdəsi götürülərək ərazidən uzaqlaşdırılıb.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirib və digər şübhəli əşya aşkar etməyiblər.

Xəbər lenti

Xəbər lenti