...

FHN Siyəzəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 19 Avqust 2014 20:45 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.
FHN Siyəzəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) Siyəzəndəki ağır yol qəzası ilə bağlı məlumat yayıb.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Bakı-Quba yolunun 125-ci kilometrliyində, Siyəzən rayonu ərazisində vətəndaşlara məxsus "Mercedes" markalı minik və "KamAZ" markalı yük avtomobilləri toqquşub. Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Mercedes" markalı avtomobilin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, sərnişini yanğınsöndürən-xilasedicilər çatana kimi vətəndaşlar tərəfindən aparılıb.

Sürücünün meyiti deformasiyaya uğramış minik avtomobilindən təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti