...

Məhkuma gətirilmiş göyəm mürəbbəsindən tiryək çıxdı (FOTO)

Hadisə Materials 20 Avqust 2014 13:02 (UTC +04:00)
3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Məhkuma gətirilmiş göyəm mürəbbəsindən tiryək çıxdı (FOTO)

Azərbaycan, Bakı, 20 avqust /Trend/

3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 3 saylı İstintaq təcridxanasında saxlanılan şəxs Vahid Engilis oğlu Eminovun tanışı - Bakı şəhəri, Q.İlkin küçəsində fərdi evdə yaşayan vətəndaş Zaur Tapdıq oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib.

Baxış zamanı göyəm mürəbbəsinin içərisində gizlədilmiş, xalis çəkisi 3,748 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, V.Eminov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti