...

Tovuzda ağır yol qəzası baş verib, 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb

Hadisə Materials 20 Avqust 2014 23:15 (UTC +04:00)
Tovuzda ağır yol qəzası baş verib.
Tovuzda ağır yol qəzası baş verib, 2 nəfər həlak olub, 2 nəfər isə yaralanıb

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Tovuzda ağır yol qəzası baş verib.

Trend-in TTV kanalına istinadən verdiyi məlumta görə, hadisə rayonun Aşağı Quşçu kəndində "OPEL" markalı avtomobilin yüksək sürətlə hərəkət edərkən yoldan çıxması nəticəsində qeydə alınıb. Qəzada 2 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Ölənlər 19 yaşlı Bakı şəhər sakini Müşviq Cəbrayılov və Tovuz rayon Düz Cırdaxan kənd sakini Asim Əliyevdir. Müşviq Cəbraylovun üzərindən çıxan sənədlərə baxış keçirilərkən məlum olub ki, o Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının ikinci kurs tələbəsidir.

Yaralılardan biri Düz Cırdaxan kənd sakini Bünyad Əsgərovun vəziyyəti yüngül olduğundan o, evə buraxılıb. Digər yaralı 19 yaşlı Rüfət Qasımov isə ağır xəsarətlərlə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəbər lenti

Xəbər lenti