...

Gəncə və Bərdədə eyni üsullu intihar faktı

Hadisə Materials 22 Avqust 2014 11:15 (UTC +04:00)
Bərdə rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, avqustun 21-də saat 10:00 radələrində rayonun Ərəblər kənd sakini 1960-cı il təvəllüdlü Xanlar Mədət oğlu Musayev yaşadığı evin həyətində özünə ülgüclə xəsarət yetirib. Aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb.
Gəncə və Bərdədə eyni üsullu intihar faktı

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Gəncə və Bərdədə sakinlər eyni üsulla özlərini intihar edib.

Bərdə rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, avqustun 21-də saat 10:00 radələrində rayonun Ərəblər kənd sakini 1960-cı il təvəllüdlü Xanlar Mədət oğlu Musayev yaşadığı evin həyətində özünə ülgüclə xəsarət yetirib. Aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.

Gəncə şəhr Prokurorluğundan isə Trend-ə bildiriblər ki, avqustun 21-də saat 13:00-da 1960-cı il təvəllüdlü Elmira Kərimova özünə məxsus bağ sahəsində ayağındakı damarını ülgüclə kəsərək intihar edib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti