...

Bakıda yanacaq daşıyan maşın partlayıb, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb (ƏLAVƏ OLUNUB-3)

Hadisə Materials 23 Avqust 2014 02:47 (UTC +04:00)
Bakının Yasamal rayoununda yanacaq daşıyan maşının partlaması nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb. Bunu Trend-ə Yasamal rayon Təhlükəsizlik İdarəsindən bildiriblər.
Bakıda yanacaq daşıyan maşın partlayıb, yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb (ƏLAVƏ OLUNUB-3)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 00:44-də yayılıb)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Bakının Yasamal rayoununda yanacaq daşıyan maşının partlaması nəticəsində yüksək gərginlikli elektrik xətləri sıradan çıxıb. Bunu Trend-ə Yasamal rayon Təhlükəsizlik İdarəsindən bildiriblər.

Məlumata əsasən, partlayış təxminən gecə saat 23:30-da Bakı Dairəvi yolunda baş verib. Hadisə yerinə 5 yanğınsöndürən briqadası cəlb olunub. Trend-in Fövqəladə Hallar Nazirliyinin Yasamal rayon Təhlükəsizlik İdarəsinə istinadən verdiyi məlumata görə, yanğın artıq söndürülüb.

Partlayış nəticəsində Bakı şəhərinin bəzi yerlərində qısa qapanmalar müşahidə olunub.

Yanacaq daşıyan maşının xəsarət alan sürücüsu Bakı klinikalarından birinə yerləşdirilib.

İlkin məlumata görə, sürücü yüksək sürət səbəbindən idarəetməni itirib.

"Bakıelektrikşəbəkə" ASC-dən Trend-ə verilən məlumata görə, Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə elektrik enerjisinin verilməsində fasilələr yaranıb.

Elektrik enerjisinin verilməsi hazırda alternativ elektrik xətlərindən istifadə hesabına bərpa olunur.

Hadisə yerində qəzanın nəticələrinin aradan qaldırılması üçün "Bakıelektrikşəbəkə" ASC-nin briqadaları işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti