...

FHN yanacaq daşıyan maşının qəzaya uğraması ilə bağlı məlumat yayıb

Hadisə Materials 23 Avqust 2014 04:07 (UTC +04:00)
Bakıda yanacaq daşıyan maşın aşıb.
FHN yanacaq daşıyan maşının qəzaya uğraması ilə bağlı məlumat yayıb

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Bakıda yanacaq daşıyan maşın aşıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Yasamal rayonunda "Mercedes" markalı yük avtomobilinə qoşulmuş tutumu 40 ton olan yanacaq çəninin qəzaya uğraması nəticəsində maşın yolun kənarına aşıb.

Yanğın nəticəsində yük avtomobilinin yanar hissəsləri, çəndə və ətrafa dağılmış yanacaq 200 kv.m sahədə yanıb.

Yaxınlıqdakı tikililər və ərazidə dayanmış avtomobillər yanğından mühafizə olunub.

Yanğın saat 01:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti