...

Bakıda qarajda bir neçə avtomobilin yanmasının qarşısı alınıb

Hadisə Materials 28 Avqust 2014 09:57 (UTC +04:00)
Bakıda qarajda bir neçə avtomobilin yanmasının qarşısı alınıb.
Bakıda qarajda bir neçə avtomobilin yanmasının qarşısı alınıb

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir İlkin İzzət/

Bakıda qarajda bir neçə avtomobilin yanmasının qarşısı alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan qarajın yanar konstruksiyaları 35 kv.m sahədə yanıb. Nəticədə yüksək temperaturdan qarajda dayanmış "Mercedes" markalı minik avtomobilinin və bitişik digər vətəndaşa məxsus qarajda olan "Mercedes" avtomobilinin qabaq hissəsi deformasiyaya uğrayıb.

Bitişik qarajlar və minik avtomobilləri yanğından mühafizə olunub. Yanğın saat 02:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti