...

Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret gətirən şəxs yaxalanıb (FOTO)

Hadisə Materials 28 Avqust 2014 14:44 (UTC +04:00)
Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret gətirən şəxs yaxalanıb.
Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda siqaret gətirən şəxs yaxalanıb (FOTO)

Azərbaycan, Bakı, 28 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycana qaçaqmalçılıq yolu ilə siqaret gətirən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Aksiz Baş Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Hacıyev Laçın Akif oğlu ölkəmizin ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretləri Bakı şəhərində realizə etmək istəyərkən saxlanılıb.

Onun idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən avtomobilin yük yerindən iki ədəd karton qutuda Rusiya Federasiyasının aksiz markası ilə markalanmış külli miqdarda siqaret aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti