...

Kürdə 46 yaşlı kişinin cəsədi tapılıb

Hadisə Materials 28 Avqust 2014 16:52 (UTC +04:00)
Kür çayında batan şəxsin cəsədi tapılıb.
Kürdə 46 yaşlı kişinin cəsədi tapılıb

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Kür çayında batan şəxsin cəsədi tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, 27 avqust 2014-cü il tarixində Kür çayının Sabirabad rayonu, Şıxsalahlı kəndi ərazisindən keçən hissəsində batmış 1968-ci il təvəllüdlü Etibar Şükür oğlu Nuriyevin axtarışları başa çatıb.

E.Nuriyevin cəsədi nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti