Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/
Ağdaş rayonu ərazisində avtomobil velosipedçini vuraraq öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-da saat 17 radələrində Ağdaş rayonunun Abad kəndində Ağzıbir kənd sakini Mahir Ədilov idarə etdiyi "Mercedes" markalı avtomobillə velosiped sürən kənd sakini Rəmzi Abubəkirovu vurub. Velosipedçi R.Abubəkirov hadisə yerində ölüb.
Hadisə ilə bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.