...

Azərbaycanda bir günün "yol terroru": 7 ölü, 28 yaralı

Hadisə Materials 30 Avqust 2014 12:52 (UTC +04:00)
Ötən gün Azərbaycanda avtomobil yollarında baş vermiş qəzalar nəticəsində 7 nəfər ölüb.
Azərbaycanda bir günün "yol terroru": 7 ölü, 28 yaralı

Azərbaycan, Bakı, 30 avqust /Trend, müxbir İlkin İzzət/

Ötən gün Azərbaycanda avtomobil yollarında baş vermiş qəzalar nəticəsində 7 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 29-da respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb, 28 nəfər yaralanıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 15 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti