...

Sumqayıtda "BMW" ağaca çırpıldı, sürücü öldü

Hadisə Materials 14 Sentyabr 2014 12:35 (UTC +04:00)
Sumqayıtda “BMW” ağaca çırpılıb.
Sumqayıtda "BMW" ağaca çırpıldı, sürücü öldü

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Sumqayıtda "BMW" ağaca çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində "BMW" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü 1982-ci il təvəllüdlü Zahidov Füzuli Babək oğlu hadisə yerində vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə F.Zahidovun cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti