...

Ağcabədidə 3 avtomobil toqquşub, ölən var

Hadisə Materials 15 Sentyabr 2014 03:07 (UTC +04:00)
Ağcabədidə 3 avtomobil toqquşub.
Ağcabədidə 3 avtomobil toqquşub, ölən var

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Ağcabədidə 3 avtomobil toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi rayonu, Qaravəlli kəndində (rayon mərkəzindən 25 km aralı) vətəndaşlara məxsus "BMW", "MERSEDEC" və "DAEWOO" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşlar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmuşdur ki, "BMW" markalı minik avtomobilinin sahibi 1982-ci il təvəllüdlü Bəbişov Elgün Fərhad oğlu aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmişdir.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlardan istifadə etməklə E.Bəşirovun cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti