...

Füzulidə qaz balonunun partlaması bir qadının ölümü ilə nəticələnib

Hadisə Materials 16 Sentyabr 2014 13:02 (UTC +04:00)
Füzulidə qaz balonunun partlaması bir qadının ölümü ilə nəticələnib
Füzulidə qaz balonunun partlaması bir qadının ölümü ilə nəticələnib

Azərbaycan, Bakı, 16 sentyabr /Trend, müxbir İlkin İzzət/

Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan qadına məxsus evdə qaz balonu partlayıb və yanğın baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-da saat 01 radələrində Füzuli rayonunun Qayıdış-11 qəsəbəsində yaşayan Şükufə Babayevaya məxsus 1 otaqlı evdə məişətdə istifadə edilən qaz balonu partlayıb və yanğın baş verib.

Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Yanğın söndürüldükdən sonra Ş.Babayevanın yanmış meyiti tapılıb.

Qeyd edək ki, Qayıdış-11 əsasən məcburi köçkünlərin məskunlaşdığı qəsəbədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti