...

Güclü yağışlar Batumi və Poti şəhərlərində daşqınlar yaradıb

Hadisə Materials 21 Sentyabr 2014 19:25 (UTC +04:00)
Davamlı güclü yağışlar nəticəsində Gürcüstanın qərbində Batumi və Poti şəhərlərini su basıb.
Güclü yağışlar Batumi və Poti şəhərlərində daşqınlar yaradıb

Azərbaycan, Bakı, 21 sentyabr /Trend, müxbir N.Kirtsxaliya/

Davamlı güclü yağışlar nəticəsində Gürcüstanın qərbində Batumi və Poti şəhərlərini su basıb.

Trend-in məlumatına görə, Batumidə avtomobil stansiyasının ərazisi və bəzi küçələr su altında qalıb.

Yağan yağışlar tıxac yaratmayıb, lakin su basmış küçələrdə minik avtomobillərinin hərəkəti çətinləşib.

Dənizdə beş ballıq fırtına qeydə alınıb.

Potidə isə su bir neçə yaşayış evlərinin həyətlərinə daxil olub və birinci mərtəbələri basıb.

Yerli hökumət zərərçəkənlərə yardım edir və dəymiş ziyanı hesablayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti