...

Keçmiş məhkum Bakıda tapança ilə gəzirmiş

Hadisə Materials 23 Sentyabr 2014 11:27 (UTC +04:00)
Bakıda keçmiş məhkumun üzərində silah-sursat aşkar edilib.
Keçmiş məhkum Bakıda tapança ilə gəzirmiş

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda keçmiş məhkumun üzərində silah-sursat aşkar edilib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Bölməsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində Çingiz Hacıyev sentyabrın 22-də Xocalı prospektində şübhəli şəxs qismində saxlanılıb.

Saxlanəlan zaman Ç.Hacıyevdən buraxılış ili və nömrəsi silinmiş, sandıqçasında 3 ədəd patron olan Makarov tapançası aşkar edilərək götürülüb.

Qeyd edək ki, Ç.Hacıyev artıq əvvəllər məhkumluq həyatı yaşayıb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti