...

Bakıda avtomobillərə qənim kəsilən şəxslər tutulub

Hadisə Materials 23 Sentyabr 2014 11:38 (UTC +04:00)
Bakıda avtomobillərə qənim kəsilən iki nəfər tutulub.
Bakıda avtomobillərə qənim kəsilən şəxslər tutulub

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda avtomobillərə qənim kəsilən iki nəfər tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 21-də Bakı şəhər sakini Fəxrəddin Qasımova məxsus "VAZ-2106" markalı avtomobil T.Bayram küçəsindən qaçırılıb və həmin gün Bakıxanov qəsəbəsi, A.Pəri küçəsində sökülmüş vəziyyətdə tapılıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində, avtomobil qaçırmada şübhəli bilinən Bakı şəhər sakini Elçin Quliyev Suraxanı Rayon Polis İdarəsi (RPİ) 31-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən tutulub.

Suraxanı RPİ 31-ci PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində isə avtomobil qaçırmada və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elşən Məmmədov yaxalanıb.

Məlum olub ki, o, avqustun 30-na keçən gecə Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində Məcid Babayevə məxsus "VAZ-2107" və sentyabrın 14-də Əmircan qəsəbəsi, E.Həsənov küçəsində Elnur Babayevə məxsus "VAZ-21011" markalı avtomobilləri qaçırıb. Bundan başqa o, sentyabrın 2-nə keçən gecə Suraxanı qəsəbəsi, 1-ci mədən küçəsində Taleh Gülüşova məxsus "VAZ-2106" markalı avtomobildən 30 manat, 4 ədəd səsgücləndirici və maqnitafon oğurlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti