...

Naxçıvanda silah-sursat tapılıb

Hadisə Materials 23 Sentyabr 2014 13:27 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayon sakini tapdığı silah-sursatı təhvil verib.
Naxçıvanda silah-sursat tapılıb

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayon sakini tapdığı silah-sursatı təhvil verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Şərur rayonunun İbadulla kənd sakini Rəbi Məmmədov tapdığı qaz tapançasını, 468 ədəd müxtəlif çaplı patronu, 1 ədəd patron darağını və 1 ədəd pulemyot lentini könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti