...

Azərbaycanda gün ərzində üçüncü zəlzələ baş verib (ƏLAVƏ OLUNUB 2)

Hadisə Materials 29 Sentyabr 2014 11:26 (UTC +04:00)
Qəbələdə zəlzələ baş verib.
Azərbaycanda gün ərzində üçüncü zəlzələ baş verib (ƏLAVƏ OLUNUB 2)

İlk xəbər 07:49-da yayılıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Qəbələdə zəlzələ baş verib.

Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, bu gün yerli vaxtla saat 06:38-də Qəbələ şəhərindən 22 km şimali-şərqdə zəlzələ qeydə alınıb.

Maqnitudası 5,4, dərinliyi 10 km olan zəlzələ hiss olunub.

Tələfat və dağıntı barədə məlumat yoxdur.

XXX

Qəbələdə gün ərzində ikinci zəlzələ qeydə alınıb. Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən məlumat verir ki, zəlzələ 09:20-də baş verib.

Yeraltı təkanlar Qəbələ şəhərindən 25 km şimal-şərqdə qeydə alınıb. Zəlzələnin dərinliyi 11 km, maqnitudası 3,3 bal olub. Zəlzələ hiss olunmayıb.

XXX

Azərbaycanın Lerik rayonunda da zəlzələ baş verib. Trend AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən məlumat verir ki, ilkin məlumatlara əsasən, saat 11:08-də Lerikdən 22 km şimal-şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələ hiss olunmayıb.

Yeraltı təkanların maqnitudası 3,2 bal, dərinliyi 20 km olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti