...

DİN Sumqayıt sakininin özünü və evlənmək istədiyi qızı avtomobildə yandırması ilə bağlı rəsmi məlumat yayıb

Hadisə Materials 1 Oktyabr 2014 13:37 (UTC +04:00)
Sumqayıt şəhər sakini münaqişə zəminində avtomobildə özünün və evlənmək istədiyi qızın üzərinə benzin tökərək yandırıb.
DİN Sumqayıt sakininin özünü və evlənmək istədiyi qızı avtomobildə yandırması ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İlkin İzzət/

Sumqayıt şəhər sakini münaqişə zəminində avtomobildə özünün və evlənmək istədiyi qızın üzərinə benzin tökərək yandırıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-da Sumqayıt şəhəri 1-ci mikrorayonda şəhər sakini Mansur Yaqubov evlənmək məqsədi ilə Saray qəsəbə sakini Lalə Xanıyevanı idarə etdiyi "Mercedes" markalı avtomobilə oturdub Bakı-Quba yolunun 40-cı km-nə aparıb. Daha sonra aralarında baş vermiş münaqişə zəminində M.Yaqubov avtomobildə özünün və Lalənin üzərinə benzin tökərək yandırıb.

M.Yaqubov hadisə yerində ölüb, L.Xanıyeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti