...

Bakı sakini metroda dəmiryol xəttinin üstünə yıxılıb

Hadisə Materials 2 Oktyabr 2014 15:30 (UTC +04:00)
Bakı şəhər sakini metronun "Xalqlar Dostluğu" stansiyasında dəmiryol xəttinin üstünə yıxılıb.
Bakı sakini metroda dəmiryol xəttinin üstünə yıxılıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı şəhər sakini metronun "Xalqlar Dostluğu" stansiyasında dəmiryol xəttinin üstünə yıxılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də saat 08 radələrində metronun "Xalqlar Dostluğu" stansiyasında Bakı şəhər sakini Həsrət Davudzadə müvazinətini itirərək dəmiryol xəttinin üstünə yıxılıb. Hadisə nəticəsində H.Davudzadə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti