...

Bakıda partlayıcı qurğu aşkarlanıb

Hadisə Materials 19 Oktyabr 2014 09:57 (UTC +04:00)
Bakının Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkar edilib.
Bakıda partlayıcı qurğu aşkarlanıb

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

Bakının Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda 2 ədəd partlayıcı qurğu aşkarlanıb.

Nazirliyin müvafiq qurumları lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmişdir. Mütəxəssislər aşkarlanmış qurğulara baxış keçiriblər.

Müəyyən olunub ki, bu qazma işlərində istifadə olunan istifadəyə yararsız 2 ədəd atım fraqmentidir. Qurğular aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirmiş və digər növ şübhəli əşya aşkar etməmişlər.

Xəbər lenti

Xəbər lenti