...

"Vnukovo" aeroportunda təyyarə ilə toqquşan qartəmizləyən maşının sürücüsü saxlanılıb

Hadisə Materials 21 Oktyabr 2014 14:24 (UTC +04:00)
İstintaqın məlumatına görə, “Vnukovo” aeroportunda təyyarə ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkov saxlanılıb.
"Vnukovo" aeroportunda təyyarə ilə toqquşan qartəmizləyən maşının sürücüsü saxlanılıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

İstintaqın məlumatına görə, "Vnukovo" aeroportunda təyyarə ilə toqquşan qartəmizləyən maşının sürücüsü Vladimir Martınenkov saxlanılıb. Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı "İnterfaks" agentliyinə onun vəkili Aleksandr Karabanov məlumat verib.

Vəkil bildirib: "O saxlanılıb və hazırda istintaq aparılır".

Onun sözlərinə görə, istintaq qartəmizləyən maşının sürücüsünün həbs edilməsi barədə vəsatət qaldıracaq.

Çərşənbə axşamına keçən gecə "Vnukovo" aeroportunda "Total" neft şirkətinin prezidentinin şəxsi təyyarəsi qartəmizləyən maşınla toqquşub. Nəticədə təyyarə uçuş-enmə zolağına düşərək yanıb. Hadisədə dörd nəfər - Kristof de Marjeri, pilotlar və stüardessa həlak olub. Maşının sürücüsü ciddi xəsarət almayıb. Təcili yardım ona hadisə yerində yardım edib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, qartəmizləyən maşının sürücüsü sərxoş olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti