...

Qaradağda “KamAZ”ın vurduğu qadın ölüb

Hadisə Materials 22 Oktyabr 2014 13:47 (UTC +04:00)
Qaradağ rayonunda “KamAZ” markalı avtomobilin vurduğu piyada ölüb.
Qaradağda “KamAZ”ın vurduğu qadın ölüb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunda "KamAZ" markalı avtomobilin vurduğu piyada ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 14 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsində qəsəbə sakini Nadir Həşimov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən Salyan rayon sakini Etibar Əzizovu vurub. Piyada xəstəxanaya aparılarkən ölüb.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti