...

DİN: Beyləqanda iki "VAZ"ın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Hadisə Materials 22 Oktyabr 2014 13:50 (UTC +04:00)
Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.
DİN: Beyləqanda iki "VAZ"ın toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir İlkin İzzət/

Beyləqan rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Bünyadlı kəndində Cəbrayıl rayon sakini Eldəniz Tumasquliyevin və Şərq qəsəbə sakini İlkin Məsimovun idarə etdikləri "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə E.Tumasquliyevin sərnişini - Füzuli rayon sakini Arzuman Xankişiyev və İ.Məsimovun sərnişini - İmişli rayon sakini Alim Tağıyev hadisə yerində ölüb, hər iki sürücü və E.Tumasquliyevin digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti