...

Azərbaycanlı brakonyerlər Xəzərin Qazaxıstan hissəsində saxlanıblar

Hadisə Materials 22 Oktyabr 2014 14:43 (UTC +04:00)
Üç Azərbaycan vətəndaşı brakonyerliyə görə Xəzərin Qazaxıstan hissəsində odlu silah tətbiq edilməklə saxlanıblar.
Azərbaycanlı brakonyerlər Xəzərin Qazaxıstan hissəsində saxlanıblar

Azərbaycan, Bakı, 22 oktyabr /Trend/

Üç Azərbaycan vətəndaşı brakonyerliyə görə Xəzərin Qazaxıstan hissəsində odlu silah tətbiq edilməklə saxlanıblar.

Trend-in Qazaxıstan Sərhəd Xidmətinə istinadən verdiyi məlumata görə, brakonyerlər "Bayda" üzmə vasitəsində Kulalı adası ərazisində gecə vaxtı saxlanıblar.

Sərhədçilərin dayanmaq əmrinə tabe olmadıqlarına görə onlara qarşı silah tətbiq edilib, xəsarət alan olmayıb.

Brakonyerlərdən 94 nərə balığı və müxtəlif brakonyerlik aləti götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti