Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/
Qusar rayonunda iki qardaşı bıçaqlayan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 22-də Qusar rayonunun Qayakənd kəndində kənd sakini Xair Dərvişov münaqişə zəminində həmkəndliləri Qərib Qəribova və onun qardaşı Fazilə bıçaqla xəsarət yetirib.
Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Dərvişov tutulub.