...

Bakı-Qazax yolunda ağır qəza olub, 17 yaralı var (ƏLAVƏ OLUNUB-2)

Hadisə Materials 23 Oktyabr 2014 15:59 (UTC +04:00)
Bakı-Qazax yolunda zəncirvari qəza baş verib, yaralananlar var.
Bakı-Qazax yolunda ağır qəza olub, 17 yaralı var (ƏLAVƏ OLUNUB-2)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:59-da yayılıb)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı-Qazax yolunda zəncirvari qəza baş verib, yaralananlar var.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Bakı-Qazax yolunun 13-cü km-də, Qaradağ rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Yol qəzası Bakı istiqamətində hərəkətdə olan mikroavtobus və yük maşını da daxil olmaqla, bir neçə avtomobilin iştirakı ilə baş verib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə bildirblər ki, yol qəzasında 17 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Dəqiqləşdirilməmiş məlumatlara görə isə hadisə nəticəsində ölənlər də var. Lakin ölənlərin dəqiq sayı açıqlanmır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti