...

Bakıda piyadanı vurub öldürən avtobusun sürücüsü aradan çıxıb

Hadisə Materials 24 Oktyabr 2014 16:01 (UTC +04:00)
Bakıda Nərimanov rayonunda piyadanı vurub öldürən xətt avtobusunun sürücüsü qaçıb gizlənib.
Bakıda piyadanı vurub öldürən avtobusun sürücüsü aradan çıxıb

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakıda Nərimanov rayonunda piyadanı vurub öldürən xətt avtobusunun sürücüsü qaçıb gizlənib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 23-də saat 11 radələrində Nərimanov rayonunun Ziya Bünyadov prospektində şəxsiyyəti müəyyən edilməmiş sürücü idarə etdiyi "Daewoo" markalı 82 saylı xətt avtobusu ilə yolu keçən Füzuli rayon sakini Asəf Şirinovu vurub. Daha sonra sürücü avtomobildən düşərək hadisə yerini tərk edib. Piyada A.Şirinov hadisə yerində ölüb.

Faktla əlaqədar Nərimanov Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti